Azərbaycan Türkiyədən mədən sənayesi məhsulları idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb

Biznes
  • 06 oktyabr, 2025
  • 14:07
Azərbaycan Türkiyədən mədən sənayesi məhsulları idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 8,254 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % azdır.

Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 1,097 milyon dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 45,4 % azdır.

9 ayda Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2 % artaraq 4,511 milyard ABŞ dollarına, sentyabrda isə 12,7 % artaraq 553 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Çin 1 milyard 138,555 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 10,1 % az), ABŞ 407,988 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 8,3 % çox) və Bolqarıstan 324,520 milyon ABŞ dolları (1,5 % çox) həyata keçirib.

Son xəbərlər

Bütün Xəbər Lenti