Azərbaycan Türkiyə və Çindən avtobus alışını kəskin artırıb

Biznes
  • 19 avqust, 2025
  • 13:20
Azərbaycan Türkiyə və Çindən avtobus alışını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 20,25 milyon ABŞ dolları dəyərində 250 ədəd avtobus idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 12,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 dəfə çoxdur) 137 ədəd (+20 dəfə), Koreya Respublikasından 2,57 milyon ABŞ dolları dəyərində (+15 %) 50 ədəd (+15 %), Türkiyədən 1,81 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 20 ədəd (+10 dəfə), Almaniyadan 1,78 milyon ABŞ dolları dəyərində (-17 %) 11 ədəd (-66 %), Özbəkistandan 776 min ABŞ dolları dəyərində 16 ədəd (bir il əvvəl tədarük olmayıb) avtobus alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 405 ədəd avtobusun 59 %-i Çinin payına düşüb.

44 - Tezliklə