Azərbaycan Tailanddan düyü alışını 130 dəfə artırıb

Biznes
  • 20 may, 2025
  • 16:57
Azərbaycan Tailanddan düyü alışını 130 dəfə artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 17 milyon ABŞ dolları dəyərində 17 559 ton düyü idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 7 % azdır.

Hesabat dövründə Azərbaycan Hindistandan 13,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % azdır) 12 875 ton (-11 %), Qazaxıstandan 2 milyon ABŞ dolları dəyərində 2 846 ton (bir il əvvəl tədarük olmayıb), Pakistandan 764 min ABŞ dolları dəyərində (+2 %) 930 ton (+6 %), Türkiyədən 262 min ABŞ dolları dəyərində (-26 %) 397 ton (-31 %), Tailanddan 194 min ABŞ dolları dəyərində (+65 dəfə) 252 ton (+130 dəfə) düyü alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 64 306 ton düyünün 70 %-i Hindistanın payına düşüb.