Azərbaycan Tacikistanla birgə fəaliyyət sahələrini müəyyənləşdirib
- 20 may, 2024
- 12:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Tacikistan arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanları nəzərdən keçirilib.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə keçirilən görüşdə sənaye, energetika, aqrar, turizm və digər sahələrdə birgə fəaliyyətin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
#Tacikistan-ın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə ikitərəfli #iqtisadi-#ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik. Müzakirələr zamanı #sənaye, #energetika, aqrar, #turizm və digər sahələrdə birgə fəaliyyətin dəstəklənməsinin… pic.twitter.com/7iyXkyidmL
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 20, 2024