Azərbaycan Tacikistan və Moldovadan qurudulmuş meyvə alışını kəskin artırıb

Biznes
  • 07 may, 2025
  • 17:47
Azərbaycan Tacikistan və Moldovadan qurudulmuş meyvə alışını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 1 174 ton qurudulmuş meyvə (üzümdən başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 38 % çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 926 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 432 ton (+39 %), Türkiyədən 676 min ABŞ dolları dəyərində (+23 %) 178 ton (+65 %), İrandan 612 min ABŞ dolları dəyərində (-5 %) 389 ton (+15 %), Tacikistandan 172 min ABŞ dolları dəyərində (+4 dəfə) 86 ton (+4 dəfə), Moldovadan 134 min ABŞ dolları dəyərində (+4 dəfə) 41 ton (+4 dəfə) məhsul alıb.

44 filmi