Azərbaycan Suriyaya şokolad tədarük etməyə başlayıb
- 28 fevral, 2025
- 13:24
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 11,5 milyon ABŞ dolları dəyərində 4 303 ton şokolad ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 22 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 66 % çox) 1 011 ton (+69 %), Birləşmiş Ərəb Əmirliklərinə 1,8 milyon ABŞ dolları dəyərində (+66 %) 668 ton (+72 %), Rusiyaya 1,7 milyon ABŞ dolları dəyərində (+38 %) 559 ton (+26 %), Gürcüstana 1,4 milyon ABŞ dolları dəyərində (-8 %) 585 ton (+6 %), İordaniyaya 559 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 233 ton (+2,4 dəfə) şokolad satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük (30,4 min ABŞ dolları dəyərində 2,6 ton) həyata keçirilib.