Azərbaycan Suriyaya duz tədarük etməyə başlayıb
- 11 mart, 2025
- 16:11
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 3,1 milyon ABŞ dolları dəyərində 28 057 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,8 dəfə çoxdur) 18 130 ton (+4 dəfə), Gürcüstana 1,4 milyon ABŞ dolları dəyərində (+40 %) 8 529 ton (+40,5 %), Qazaxıstana 104 min ABŞ dolları dəyərində (+11 dəfə) 1 279 ton (+13 dəfə), Ukraynaya 9,1 min ABŞ dolları dəyərində (-40 %) 97 ton (-24 %), Suriyaya 2,6 min ABŞ dolları dəyərində 8,7 ton məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycandan 6 ölkəyə ixrac edilmiş 10 min 793 ton duzun 56,2 %-i Gürcüstanın, 41,6 %-i Rusiyanın payına düşüb.