Azərbaycan Səudiyyə Ərəbistanından xurma alışını 6 dəfə artırıb
- 21 may, 2025
- 17:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 6,3 milyon ABŞ dolları dəyərində 4 min ton xurma (təzə və ya qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 20 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 3,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % az) 2 927 ton (-15 %), Tunisdən 1,3 milyon ABŞ dolları dəyərində (-28 %) 697 ton (-32 %), İsraildən 571 min ABŞ dolları dəyərində (+41 %) 79 ton (+41 %), Fələstindən 439 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 59 ton (+3 dəfə), Səudiyyə Ərəbistanından 168 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 57 ton (+6 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 10,2 min ton xurmanın 73 %-i İranın payına düşüb.