Azərbaycan Serbiyadan konservləşdirilmiş balıq almağa başlayıb

Biznes
  • 30 dekabr, 2024
  • 05:34
Azərbaycan Serbiyadan konservləşdirilmiş balıq almağa başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 13,3 milyon ABŞ dolları dəyərində 4 min 860 ton hazır və ya konservləşdirilmiş balıq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 18 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 6,45 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 94 % çoxdur) 2 min 754 ton (+78 %), Çindən 2,4 milyon ABŞ dolları dəyərində (-34 %) 1 min 42 ton (-26 %), Türkiyədən 1,8 milyon ABŞ dolları dəyərində (+2 %) 220 ton (-5 %), Latviyadan 1,2 milyon ABŞ dolları dəyərində (-6 %) 364 ton (-9 %), Belarusdan 652 min ABŞ dolları dəyərində (+25 %) 202 ton (+25 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Serbiyadan (0,5 min ABŞ dolları dəyərində 0,03 ton) tədarük həyata keçirilib.