Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq
- 25 avqust, 2026
- 20:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Omanın xarici işlər naziri Bədr əl-Busaidi Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb və Hörmüz boğazı ilə bağlı fikir mübadiləsi aparıb.
"Report" xəbər verir ki, Omanın XİN rəhbəri bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Ümid edirəm ki, tezliklə Hörmüz boğazı üçün müvəqqəti dəhlizi və təhlükəsiz naviqasiyanı bərpa etmək üçün praktiki tədbirləri elan edəcəyik", - Bədr əl-Busaidi bildirib.
Onun sözlərinə görə, İslamabad Anlaşma Memorandumunun 5-ci maddəsinə uyğun olaraq, boğazın gələcək idarəçiliyi və daimi həll yolu öz vaxtında təmin ediləcək:
"Regional tərəfdaşlarla müzakirələr sülh və əməkdaşlığı, sabitliyi, naviqasiya azadlığını dəstəkləmək məqsədilə aparılacaq".
Constructive dialogue in Tehran with my colleague Dr @Araghchi. I am hopeful we will soon announce a temporary corridor for the Strait of Hormuz and practical arrangements to restore safe navigation. Future management of the Strait and a permanent solution will follow in due… pic.twitter.com/UBkKE2j4SL
— Badr Albusaidi - بدر البوسعيدي (@badralbusaidi) August 25, 2026