Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası 2025-ci ilin sonunadək keçirilə bilər

Biznes
  • 23 oktyabr, 2025
  • 18:02
Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası 2025-ci ilin sonunadək keçirilə bilər

Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının 2025-ci ilin sonuna qədər keçirilməsinə ümid etdiyini vurğulayıb.

"Report" xəbər verir ki, o, bu barədə Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasında çıxışında bildirib.

O, ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını və bunun 2013-cü il Strateji Tərəfdaşlıq Bəyannaməsi, 2018-ci il Birgə Fəaliyyət Planı və 2022-ci il Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Anlaşma Memorandumu ilə rəsmiləşdirildiyini qeyd edib.

N. Selakoviç 2027-ci ilin may–avqust aylarında Belqradda keçiriləcək "EXPO 2027 Belqrad" sərgisində Azərbaycanı bir daha iştirak etməyə dəvət edib və Azərbaycanın bu sərgidə fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti