Azərbaycan sentyabrda etilen polimerlərinin ixracını 21 % artırıb
- 25 oktyabr, 2024
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 109 milyon 449,63 min ABŞ dolları dəyərində 97 min 720 ton etilen polimerləri (ilkin formalarda) ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 12,2 %, həcmi isə 18,2 % azalıb.
Sentyabrda ayında isə ölkədən 14 milyon 581 min ABŞ dolları məbləğində 12 min 379,75 ton etilen polimerləri (ilkin formalarda) ixrac edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən müvafiq olaraq 25,6 % və 21 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 81 milyon 519,33 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında etilen polimerlərinin payı 5,26 % təşkil edir.
Bu ilin 9 ayında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.