Azərbaycan Seneqala dəmir və polad çubuq ixrac etməyə başlayıb
- 23 fevral, 2024
- 06:53
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 36,7 milyon ABŞ dolları dəyərində 58 min 284 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuq ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 16 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstana 32,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % azdır) 51 min 769 ton (-25 %), Türkmənistana 4 milyon ABŞ dolları dəyərində 6 min 275 ton (bir il əvvəl tədarük olmayıb), Seneqala 87,6 min ABŞ dolları dəyərində 140,9 ton, Qazaxıstana 76 min ABŞ dolları dəyərində 98,7 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 0,9 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) material satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Seneqala tədarük həyata keçirilib.