"Azərbaycan Sənaye Bankı"nın əsas səhmdarı yenidən təşkil olunur

Biznes
  • 19 oktyabr, 2016
  • 05:38
Azərbaycan Sənaye Bankının əsas səhmdarı yenidən təşkil olunur

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Anadolu İnvestment Company" MMC yenidən təşkil olunduğunu elan edib. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb "Park Moda" MMC-nin fəaliyyətinə xitam verərək ona qoşulmasıdır. Son nəticədə "Anadolu İnvestment" şirkəti "Park Moda"nın hüquqi varisi olub.

Xatırladaq ki, "Anadolu İnvestment Company", həmçinin "Azərbaycan Sənaye Bankı" ASC-nin 94,25%-lik səhmdarıdır.

44 filmi