Azərbaycan şəkər idxalına çəkdiyi xərci 3 dəfəyə yaxın artırıb

Biznes
  • 16 fevral, 2024
  • 09:16
Azərbaycan şəkər idxalına çəkdiyi xərci 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan 14,45 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 1,1 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,6 dəfə azdır.

Yanvarda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,3 %-ni, ixrac isə ümumi ixracın 0,1 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,2 % azdır.

Xarici ticarət dövriyyəsinin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,8 % azalıb, idxal isə 19,2 % azalıb.

Son nəticədə xarici ticarətdə 702 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 51,3 % çoxdur.

44 filmi