Azərbaycan saat idxalına çəkdiyi xərci 38 %-dək artırıb

Biznes
  • 26 mart, 2022
  • 05:30
Azərbaycan saat idxalına çəkdiyi xərci 38 %-dək artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 3,729 milyon ABŞ dolları dəyərində bütün növ saatlar və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,023 milyon ABŞ dolları (37,8 %) çoxdur.

Hesabat dövründə Azərbaycanın bütün növ saatlar və onların hissələrinin ixracının dəyəri isə 1,9 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 13,8 min ABŞ dolları (8,3 dəfə) azdır.

Yanvar-fevral aylarında bütün növ saatlar və onların hissələri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,19 %-ni, ixrac isə ümumi ixracın 0 %-ni təşkil edib.

44 - Tezliklə