Azərbaycan Rusiyadan taxta idxalını azaldıb
- 01 iyul, 2022
- 05:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar-may aylarında Rusiyanın emal olunmamış taxta ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% azalaraq 3,2 milyon kubmetrə düşüb.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın meşə uçotu və meşə idarəçiliyi üzrə təşkilatı - “Roslesinforg” məlumat yayıb.
Məlumata görə, 5 aylıq 1,7 milyon kubmetri dost, 1,5 milyon kubmetri isə qeyri-dost ölkələrə göndərilib. Ölkələrin ümumi sayı 20 olub.
Dost ölkələr arasında Rusiya taxtasının əsas alıcısı yenə də Çin olub. Bu ölkədən 1,4 milyon kubmetr taxta idxal edilib. Növbəti pillərlərdə Belarus (132 min kubmetr), Qazaxıstan (118 min kubmetr) və Özbəkistan (34 min kubmetr) qərarlaşıb.
Qeyri-dost ölkələr arasında isə Rusiyadan ən çox taxta almış ölkə Finlandiyadır. Bu ölkəyə 1,3 milyon kubmetr taxta ixrac edilib. Növbəti pillələrdə isə Böyük Britaniya (26 min kubmetr) və Cənubi Kipr (25 min kub metr) qərarlaşıb.
Hesabat dövründə Rusiyanın ən az taxta almış ölkələr isə Azərbaycan (4 min kubmetr, 3 dəfə az), Latviya (5 min kubmetr, 11 dəfə az), İsveçrə (12 min kubmetr, 3 dəfə az) və Yaponiya (22 min kubmetr, 4 dəfə az) olub.