Azərbaycan Rusiyadan əlil arabalarının alışını 65 dəfə artırıb

Biznes
  • 26 may, 2025
  • 14:57
Azərbaycan Rusiyadan əlil arabalarının alışını 65 dəfə artırıb

Bu ilin I rübündə Azərbaycana xarici ölkələrdən 2,1 milyon ABŞ dolları dəyərində 4 880 ədəd əlil arabası gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,8 dəfə, kəmiyyət olaraq – 56 % çoxdur.

Hesabat dövründə Azərbaycana Rusiyadan 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 69 dəfə çoxdur) 2 665 ədəd (+65 dəfə), Çindən 421,9 min ABŞ dolları dəyərində (-42 %) 2 004 ədəd (-35 %), Belarusdan 132,56 min ABŞ dolları dəyərində 200 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 3,4 min ABŞ dolları dəyərində (+15 %) 9 ədəd (dəyişməyib) və Almaniyadan 0,25 min ABŞ dolları dəyərində (+6 dəfə) 2 ədəd (dəyişməyib) məhsul idxal edilib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 7 492 ədəd əlil arabasının 64 %-i Çinin payına düşüb.

44 - Tezliklə