Azərbaycan Qvatemaladan qəhvə alışını 11 dəfə artırıb

Biznes
  • 11 iyun, 2025
  • 11:58
 Azərbaycan Qvatemaladan qəhvə alışını 11 dəfə artırıb

Bu ilin ilk 3 ayında Azərbaycan 1,25 milyon ABŞ dolları dəyərində 109 ton qəhvə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 20 % azdır.

Hesabat dövründə Azərbaycan İtaliyadan 411 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % az) 26,4 ton (-26 %), Türkiyədən 230,5 min ABŞ dolları dəyərində (+58 %) 18,7 ton (+27 %), Braziliyadan 161 min ABŞ dolları dəyərində (+16 %) 19,2 ton (-20 %), Qvatemaladan 136,31 min ABŞ dolları dəyərində (+12 dəfə) 17 ton (+11 dəfə), Niderlanddan 66 min ABŞ dolları dəyərində (-38 %) 5 ton (-37 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 608 ton qəhvənin 26,6 %-i Braziliyanın, 21,4 %-i İtaliyanın payına düşüb.