Azərbaycan Qırğızıstan və Özbəkistana elektrik naqili ixracını bərpa edib

Biznes
  • 10 yanvar, 2024
  • 09:08
Azərbaycan Qırğızıstan və Özbəkistana elektrik naqili ixracını bərpa edib

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 11,4 milyon ABŞ dolları dəyərində 2 min 864 ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Belarusa 4,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 1 min 175 ton (+3,3 dəfə), Gürcüstana 3 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 895 ton (+2,3 dəfə), Ukraynaya 2,1 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 498 ton (+3 dəfə), Qazaxıstana 446 min ABŞ dolları dəyərində (-53 %) 66 ton (-50 %), Türkiyəyə 384 min ABŞ dolları dəyərində (+17,5 dəfə) 65 ton (+41,4 dəfə) məhsul satıb.

Azərbaycan 5 il 6 aylıq fasilənin ardından Qırğızıstana (0,5 min ABŞ dolları dəyərində 0,01 ton) və 2 il 2 aydan sonra Özbəkistana (0,1 min ABŞ dolları dəyərində 0,04 ton) tədarükü bərpa edib.

44 filmi