Azərbaycan qeyri-neft-qaz ixracını 17 %-ə yaxın artırıb

Biznes
  • 16 iyun, 2026
  • 11:29
Azərbaycan qeyri-neft-qaz ixracını 17 %-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 % artaraq 1,5 milyard ABŞ dolları təşkil edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 23,8 % artaraq 144,6 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 30,7 % artaraq 288,5 milyon ABŞ dolları olub.

Məlumata görə, hesabat dövründə şəkərin ixrac dəyəri 4,2 dəfə, pambıq ipliyin ixrac dəyəri 2,4 dəfə, bitki-heyvan mənşəli piy və yağların ixrac dəyəri 57 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 44,6 %, pambıq lifinin ixrac dəyəri 25 %, meyvə-tərəvəzin ixrac dəyəri 18,6 %, çayın ixrac dəyəri 16,8 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri isə 6 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 25,2 % artaraq 414,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 39 % artaraq 160,5 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 28,8 % artaraq 575,1 milyon ABŞ dolları təşkil edib.