Azərbaycan qəhvə idxalına çəkdiyi xərci 6 % azaldıb
- 26 mart, 2024
- 08:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 11,566 milyon ABŞ dolları dəyərində qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,9 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 1,018 milyon ABŞ dolları dəyərində qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 10,7 % azdır.
Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,47 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur.
Ticarət dövriyyənin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,8 % artıb, idxal isə 7,7 % azalıb.