Azərbaycan qəhvə idxalına çəkdiyi xərci 18 % artırıb

Biznes
  • 22 oktyabr, 2022
  • 13:26
Azərbaycan qəhvə idxalına çəkdiyi xərci 18 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 63,859 milyon ABŞ dolları dəyərində qəhvə, çay, mate və ədviyyat idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 % çoxdur.

9 ay ərzində Azərbaycanın qəhvə, çay, mate və ədviyyat ixracının dəyəri isə 9,9 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 54,7 % çoxdur.

Hesabat dövründə qəhvə, çay, mate və ədviyyat üzrə idxal Azərbaycanın ümumi idxalının 0,62 %-ni, ixrac isə ümumi ixracın 0,03%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə