Azərbaycan Qazaxıstandan yoğurt idxalını 300 dəfəyə yaxın artırıb
- 17 iyul, 2024
- 13:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 1,85 milyon ABŞ dolları dəyərində 1,1 min ton yoğurt idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 10 % azdır.
Hesabat dövründə Azərbaycan Qazaxıstandan 904 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 113 dəfə çoxdur) 519 ton (+297 dəfə), Belarusdan 538 min ABŞ dolları dəyərində (+7 %) 364 ton (+24 %), Rusiyadan 255 min ABŞ dolları dəyərində (-78 %) 133 ton (-84 %), Latviyadan 66,24 min ABŞ dolları dəyərində (+1,5 %) 33,87 ton (+3 %), İrandan 39 min ABŞ dolları dəyərində (+9 dəfə) 35,51 ton (+12 dəfə) məhsul alıb.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 2 min 674 ton yoğurtun 59,5 %-i Rusiyanın payına düşüb.