Azərbaycan Qazaxıstandan hindtoyuğu əti alışını bərpa edib
- 18 iyun, 2025
- 17:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,4 milyon ABŞ dolları dəyərində 740 ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 43 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 687 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % çoxdur) 258 ton (+34 %), Braziliyadan 579 min ABŞ dolları dəyərində (+41 %) 413 ton (-19 %), Qazaxıstandan 43 min ABŞ dolları dəyərində 16 ton, İordaniyadan 39,8 min ABŞ dolları dəyərində (+25 %) 4 ton (+10 %), Portuqaliyadan 38,3 min ABŞ dolları dəyərində (-77 %) 24,9 ton (-80 %) məhsul alıb.
Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Qazaxıstandan hindtoyuğu əti tədarükünü bərpa edib.