Azərbaycan Qazaxıstana süd və qaymaq ixrac etməyə başlayıb

Biznes
  • 29 iyul, 2024
  • 10:55
Azərbaycan Qazaxıstana süd və qaymaq ixrac etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrdən 8,64 milyon ABŞ dolları dəyərində 5 min 584 ton süd və qaymaq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % azdır, kəmiyyət olaraq - 12 % çoxdur.

Azərbaycan Belarusdan 4,48 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63 % çoxdur) 3 min 304 ton (+2,6 dəfə), İrandan 1,58 milyon ABŞ dolları dəyərində (-67 %) 980 ton (-59 %), Rusiyadan 1,31 milyon ABŞ dolları dəyərində (+40 %) 747 ton (+36 %) Türkiyədən 691 min ABŞ dolları dəyərində (+7 %) 294 ton (+15 %), Ukraynadan 350 min ABŞ dolları dəyərində (-68 %) 202 ton (-50 %) məhsul gətirib.

Hesabat dövründə Azərbaycandan 2,14 milyon ABŞ dolları dəyərində (+5 %) 2 min 205 ton (-21 %) süd və qaymaq ixrac edilib.

Azərbaycan Gürcüstana 2 milyon ABŞ dolları dəyərində (+1,1 %) 2 min 186 ton (-21 %) və Qazaxıstana 72,35 min ABŞ dolları dəyərində 18,79 ton məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstana tədarük həyata keçirilib.