Azərbaycan Qazaxıstana propilen satmağa başlayıb
- 27 may, 2025
- 15:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 24,8 milyon ABŞ dolları dəyərində 18 614 ton propilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,1 % çox, kəmiyyət olaraq – 18 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 17,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % az) 12 940 ton (-39 %), Belarusa 7,5 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 5 587 ton (+4 dəfə), Qazaxıstana 84,3 min ABŞ dolları dəyərində 61,5 ton, Tacikistana 28 min ABŞ dolları dəyərində 21,25 ton (bir il əvvəl tədarük olmayıb) və Özbəkistana 4,1 min ABŞ dolları dəyərində 3,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstana tədarük həyata keçirilib.