Azərbaycan Qazaxıstana armud ixracını 5 dəfədən çox artırıb

Biznes
  • 11 aprel, 2025
  • 17:51
Azərbaycan Qazaxıstana armud ixracını 5 dəfədən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycan 668 min ABŞ dolları dəyərində 884 ton armud ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,8 dəfə, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 622,9 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 802 ton (+2,5 dəfə), Qazaxıstana 16,4 min ABŞ dolları dəyərində (+5,8 dəfə) 34,85 ton (+5,3 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 15,5 min ABŞ dolları dəyərində 38,8 ton (bir il əvvəl tədarük olmayıb) və Qətərə 13,15 min ABŞ dolları dəyərində 8,2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 9,1 min ton armudun 95 %-i Rusiyanın payına düşüb.

44 filmi