Azərbaycan Qazaxıstan və Qətərə pomidor ixracını bərpa edib
- 04 iyul, 2023
- 11:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 54,2 milyon ABŞ dolları dəyərində 43 min 338 ton pomidor ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 10 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % azdır) 41 min 755 ton (-10 %), Belarusa 2,2 milyon ABŞ dolları dəyərində (-5 %) 917,6 ton (-27 %), Polşaya 899,4 min ABŞ dolları dəyərində (+3,8 dəfə) 630 ton (+3,9 dəfə), Ukraynaya 14 min ABŞ dolları dəyərində (-92,7 %) 17,5 ton (-92,3 %), Qazaxıstana 12,4 min ABŞ dolları dəyərində 15,5 ton məhsul göndərib.
Bir il 8 aylıq aradan sonra Azərbaycandan Qətərə (1,1 min ABŞ dolları dəyərində 0,4 ton) və 1 il 3 aylıq fasilənin ardından Qazaxıstana tədarük bərpa edilib.
2022-ci ildə Azərbaycandan (11 ölkəyə) ixrac edilmiş 141,4 min ton pomidorun 97,3 %-i Rusiyanın payına düşüb.