Azərbaycan qarğıdalı idxalını kəskin artırıb

Biznes
  • 24 fevral, 2025
  • 17:09
Azərbaycan qarğıdalı idxalını kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycan 20 min 168 ton qarğıdalı idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 4 milyon 213 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 17 min 991 ton (9,2 dəfə), dəyər baxımından isə 3 milyon 531 min ABŞ dolları (6,1 dəfə) çoxdur.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib. 

44 - Tezliklə