Azərbaycan Portuqaliyadan süd və qaymaq tədarük etməyə başlayıb
- 01 iyul, 2024
- 09:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 6,8 milyon ABŞ dolları dəyərində 4 min 400 ton süd və qaymaq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 % azdır, kəmiyyət olaraq – 9 % çoxdur.
Hesabat dövründə Azərbaycan Belarusdan 3,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % çoxdur) 2 min 709 ton (+2,6 dəfə), İrandan 1,1 milyon ABŞ dolları dəyərində (-72 %) 725 ton (-63 %), Rusiyadan 940 min ABŞ dolları dəyərində (+29 %) 547 ton (+28 %), Türkiyədən 683 min ABŞ dolları dəyərində (+15 %) 287 ton (+24 %), Ukraynadan 160 min ABŞ dolları dəyərində (-80 %) 97 ton (-68 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Portuqaliyadan (0,6 min ABŞ dolları dəyərində 0,1 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 12 min 661 ton süd və qaymağın 40,8 %-i Belarusun, 33,3 %-i İranın payına düşüb.