Azərbaycan Portuqaliyadan pendir idxal etməyə başlayıb
- 13 mart, 2024
- 09:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan 26,32 milyon ABŞ dolları dəyərində 6,7 min ton pendir idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Litvadan 5,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 % çoxdur) 1 min ton (+37 %), İrandan 4,5 milyon ABŞ dolları dəyərində (+41 %) 2 min 416 ton (+46 %), Almaniyadan 3,2 milyon ABŞ dolları dəyərində (-6 %) 597 ton (-9 %), Belarusdan 2,65 milyon ABŞ dolları dəyərində (+4 %) 481 ton (+5,5 %), Türkiyədən 2,6 milyon ABŞ dolları dəyərində (-27 %) 427 ton (-45 %) pendir alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Portuqaliyadan (8,55 min ABŞ dolları dəyərində 0,41 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana 31 ölkədən idxal edilmiş 25 milyon ABŞ dolları dəyərində pendirin 15,3 %-i Litvanın, 14,2 %-i Türkiyənin, 13,5 %-i Almaniyanın, 12,7 %-i İranın, 10,2 %-i Belarusun payına düşüb.