Azərbaycan Polşadan əlil arabalarının idxalını bərpa edib
- 09 may, 2023
- 11:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 200,2 min ABŞ dolları dəyərində 980 ədəd əlil arabası gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 56 dəfə, kəmiyyət olaraq – 196 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycana Çindən 159,79 min ABŞ dolları dəyərində 946 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 3,47 min ABŞ dolları dəyərində 30 ədəd (bir il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 0,68 min ABŞ dolları dəyərində 3 ədəd (bir il əvvəl tədarük olmayıb) və Polşadan 0,25 min ABŞ dolları dəyərində 1 ədəd məhsul idxal edilib.
Üç ilin tamamında Polşadan tədarük bərpa edilib. Sonuncu dəfə Azərbaycan 2019-cu ildə bu Avropa ölkəsindən 835,8 min ABŞ dolları dəyərində 1 min 352 ədəd əlil arabası alıb.