Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının işi bu il bərpa olunacaq
- 01 iyun, 2022
- 09:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ikinci yarısında Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasının keçiriməsi nəzərdə tutulur.
Bunu “Report”a müsahibəsində Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli Səfiri Nərgiz Qurbanova bildirib.
Onun sözlərinə görə, bu iclas artıq 6 ildir obyektiv səbəblərdən baş tutmur: “Bu, çox önəmli imkandır ki, iki ölkə arasında müxtəlif bəndlər üzərində dayanaraq, konkret olaraq müxtəlif istiqamətlərdə artıq hər iki tərəfi maraqlandıran əməkdaşlıq məsələri müzakirə olunsun”.
Səfir bildirib ki, hazırda Azərbaycana, xüsusən də ölkəmizin işğaldan azad edilmiş əraziələrinə yatırım etmək istəyən Polşadan olan iş adamlarının olduqca böyük marağı var: “Bu kimi konkret təklifləri əldə etdikdən sonra bunu Azərbaycan tərəfinə göndəririk”.
O qeyd edib ki, Polşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən olub və olmaqda da davam edir: "Bu çox önəmli bir məqamdır. Bu səbəbdən də iki ölkə arasında strateji tərəfdaşlıq çox önəmlidir. Biz hər iki tərəf bir-birinin strateji maraqlarına hörmət etməklə bu əməkdaşlığı qururuq. Digər tərəfdən, təbii ki, torpaqlarımızın işğaldan azad olunması yeni imkanlar yaradır. Bu imkanları biz Polşada təbliğ edirik. Artıq bir neçə şirkət var ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yatrım etmək üçün maraqlarını ifadə ediblər. Biz bunu Azərbaycanın aidiyyəti qurumlarına göndərmişik və hazırda dəyərləndimə prosesi gedir".
N. Qurbanova hesab edir ki, İT sektoru, logistika, nəqliyyat, kənd təsərrüfatının emalı, infrastrukturun yaradılması və qurulması sahəsində Polşa Mərkəzi-Şərqi Avropa ölkələri sırasında öncül yerləri tutur: "Həmin şirkətlər tərəfindən təklif olunan xidmət və əmtəələr keyfiyyət və qiymət mütənasibliyi baxımından Azərbaycan tərəfi üçün maraqlı ola bilər".
Müsahibənin tam mətnini buradan oxyua bilərsiniz.