Azərbaycan Permdən ərzaq və kənd təsərrüfatı məhsulları alıb

Biznes
  • 23 fevral, 2024
  • 05:38
Azərbaycan Permdən ərzaq və kənd təsərrüfatı məhsulları alıb

Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Perm vilayətindən 2,376 milyon ABŞ dolları dəyərində ərzaq və kənd təsərrüfatı məhsulları idxal edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu, Permin ümumi ixracının 9 %-ni təşkil edib.

Hesabat dövründə vilayətdən ümumilikdə 26,4 milyon dollarlıq ərzaq və kənd təsərrüfatı məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 20 % çoxdur.

Bu il Permin əsas idxalçıları Qazaxıstan (16,104 milyon ABŞ dolları; 61 %-i) və Belarus (2,64 milyon ABŞ dolları; 10 %-i) olub.

Vilayətdən əsasən pendir məmulatları, kakao və kakao məmulatları, qənnadı məmulatları, alkoqollu və alkoqolsuz içkilər, kərə yağı tədarük edilib.

44 - Tezliklə