Azərbaycan pambıq ixracından qazancını 7 %-dən çox artırıb

Biznes
  • 21 may, 2022
  • 12:24
Azərbaycan pambıq ixracından qazancını 7 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,779 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % çoxdur.

4 ay ərzində Azərbaycanın pambıq ixracının dəyəri isə 122,268 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 7,3 % çoxdur.

Hesabat dövründə pambıq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxalının 0,04 %-ni, pambıq ixracından qazanc isə ümumi ixracın 1,03 %-ni təşkil edib.

44 - Tezliklə