Azərbaycan Pakistan və Uruqvaydan mal əti idxalını bərpa edib

Biznes
  • 01 mart, 2024
  • 11:55
Azərbaycan Pakistan və Uruqvaydan mal əti idxalını bərpa edib

2023-cü ildə Azərbaycan 32,1 milyon ABŞ dolları dəyərində 8 min 168 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 52 %, kəmiyyət olaraq – 73 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 18,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 69 % çoxdur) 3 min 821 ton (+63 %), Hindistandan 5 milyon ABŞ dolları dəyərində (+73 %) 1 min 916 ton (+2 dəfə), Belarusdan 4,5 milyon ABŞ dolları dəyərində (+20 %) 1 min ton (+18 %), Braziliyadan 3,2 milyon ABŞ dolları dəyərində (+57 %) 1 min 174 ton (+3 dəfə), Rusiyadan 804 min ABŞ dolları dəyərində (+21 %) 121 ton (+3 dəfə) mal əti alıb.

Azərbaycan 8 il 8 aylıq fasilənin ardından Pakistandan (26 min ABŞ dolları dəyərində 9,2 ton) və 7 il 7 aylıq aradan sonra Uruqvaydan (4,3 min ABŞ dolları dəyərində 0,2 ton) mal ətinin tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana 21 ölkədən idxal edilmiş 4 min 708 ton mal ətinin 49,7 %-i Ukraynanın, 19,6 %-i Hindistanın, 19,5 %-i Belarusun, 8,5 %-i Braziliyanın payına düşüb.

44 - Tezliklə