Azərbaycan Özbəkistandan yunan qozunun alışını 19 dəfə artırıb

Biznes
  • 21 may, 2025
  • 16:09
Azərbaycan Özbəkistandan yunan qozunun alışını 19 dəfə artırıb

Bu ilin I rübündə Azərbaycan 9,1 milyon ABŞ dolları dəyərində 2 641 ton yunan qozu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 15 % azdır.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 4,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 dəfə çox) 1 118 ton (+19 dəfə), Qırğızıstandan 1,9 milyon ABŞ dolları dəyərində (+95%) 482 ton (+2,7 dəfə), Ukraynadan 1,5 milyon ABŞ dolları dəyərində (-81 %) 580 ton (-78 %), Çindən 668 min ABŞ dolları dəyərində (+8 dəfə) 221 ton (+13 dəfə), Rusiyadan 214 min ABŞ dolları dəyərində (+4 dəfə) 165 ton (+4 dəfə) qoz gətirib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 7,3 min ton yunan qozunun 58,7 %-i Ukraynanın, 22,2 %-i Özbəkistanın payına düşüb.