Azərbaycan Özbəkistana dondurma tədarük etməyə başlayıb
- 22 avqust, 2025
- 16:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 292,5 min ABŞ dolları dəyərində 69,1 ton dondurma ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,7 %, kəmiyyət olaraq – 7 % azdır.
Hesabat dövründə Azərbaycan İsrailə 173,9 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 % azdır) 38,5 ton (-15 %), Türkmənistana 66,7 min ABŞ dolları dəyərində (-33 %) 16,4 ton (-36 %), Birləşmiş Ərəb Əmirliklərinə 26,5 min ABŞ dolları dəyərində 9,4 ton (1 il əvvəl tədarük olmayıb) və Özbəkistana 25,4 min ABŞ dolları dəyərində 4,8 ton dondurma satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana tədarük həyata keçirilib.