Azərbaycan Özbəkistana alma ixracını kəskin artırıb

Biznes
  • 22 may, 2024
  • 13:01
Azərbaycan Özbəkistana alma ixracını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 16,5 milyon ABŞ dolları dəyərində 24 min 857 ton alma ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15,4 %, kəmiyyət olaraq – 12 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 14,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,4 % çoxdur) 21 min 326 ton (+1,4 %), Birləşmiş Ərəb Əmirliklərinə 700 min ABŞ dolları dəyərində 1 min 245 ton (bir il əvvəl tədarük olmayıb), Özbəkistana 660 min ABŞ dolları dəyərində (+6 dəfə) 762 ton (+5 dəfə), Qazaxıstana 414 milyon ABŞ dolları dəyərində (+60 %) 1 min ton (+29 %), Qətərə 181 min ABŞ dolları dəyərində 215 ton (bir il əvvəl tədarük olmayıb) alma satıb.

2023-cü ildə Azərbaycandan 16 ölkəyə ixrac edilmiş 91 min 229 ton almanın 87,2 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə