Azərbaycan Özbəkistan və Türkmənistandan alma şirəsi alışını bərpa edib

Biznes
  • 07 fevral, 2024
  • 13:37
Azərbaycan Özbəkistan və Türkmənistandan alma şirəsi alışını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 5,44 milyon ABŞ dolları dəyərində 3 min 932 ton alma şirəsi ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,6 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Azərbaycan Rusiyaya 5,18 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,8 dəfə çoxdur) 3 min 710 ton (+3,3 dəfə), Gürcüstana 155 min ABŞ dolları dəyərində (+52 %) 115 ton (+47 %), Malayziyaya 38 min ABŞ dolları dəyərində (+91 %) 49 ton (+53 %), Qazaxıstana 33 min ABŞ dolları dəyərində 22,5 ton, Səudiyyə Ərəbistanına 19,45 min ABŞ dolları dəyərində (+70 %) 20,71 ton (+2,2 dəfə) alma şirəsi satıb.

Hesabat dövründə Azərbaycana 596,3 min ABŞ dolları dəyərində (-20 %) 534 ton (-27 %) alma şirəsi idxal edilib.

Azərbaycan Rusiyadan 340,1 min ABŞ dolları dəyərində (-26 %) 422 ton (-26 %), Türkiyədən 129 min ABŞ dolları dəyərində (+37 %) 53 ton (+10,4 %), İrlandiyadan 59,33 min ABŞ dolları dəyərində (-33 %) 1,1 ton (-27%), Polşadan 19 min ABŞ dolları dəyərində (+6,3 dəfə) 8,91 ton (+4,8 dəfə), Özbəkistandan 12 min ABŞ dolları dəyərində 15 ton məhsul alınıb.

Azərbaycan 5 il 9 aylıq fasilənin ardından Türkmənistandan (4,3 min ABŞ dolları dəyərində 10,23 ton) və 2 il 4 aylıq aradan sonra Özbəkistandan tədarükü bərpa edib.