Azərbaycan Özbəkistan və İrandan soğan alışını bərpa edib
- 28 aprel, 2025
- 17:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2 milyon ABŞ dolları dəyərində 7 904 ton soğan idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 51 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 140,2 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 80 % azdır) 350,4 ton (-80 %), Qazaxıstandan 96,15 min ABŞ dolları dəyərində 240,4 ton (bir il əvvəl tədarük olmayıb), Özbəkistandan 8,8 min ABŞ dolları dəyərində 22 ton, Niderlanddan 7,6 min ABŞ dolları dəyərində (-11 %) 13,75 ton (-10,3 %) və İrandan 6 min ABŞ dolları dəyərində 6 ton məhsul alıb.
Azərbaycan 5 il 3 aylıq fasilənin ardından İrandan və 3 il 7 aylıq aradan sonra Özbəkistandan soğan tədarükünü bərpa edib.