Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılmasına dair sənəd imzalanıb
- 18 iyul, 2023
- 12:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının bu gün Şuşada keçirilən 12-ci iclasında Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması və energetika sahəsində əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.
"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.
"Sənədlərin icrası iqtisadi tərəfdaşlığımızı və iki ölkənin biznes subyektləri arasında əlaqələri gücləndirəcək", - deyə o qeyd edib.
Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının #Şuşa-da keçirilən 12-ci iclasında İqtisadiyyat Nazirliyi ilə #Özbəkistan Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması və #energetika sahəsində əməkdaşlığın inkişafına… pic.twitter.com/YZJX7ZKhMM
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 18, 2023