Azərbaycan ötən il Şərqi Anadoludan 136 milyon dollarlıq məhsul idxal edib

Biznes
  • 13 yanvar, 2023
  • 13:07
Azərbaycan ötən il Şərqi Anadoludan 136 milyon dollarlıq məhsul idxal edib

2022-ci ildə Türkiyənin Şərqi Anadolu İxracatçılar Birliyinə (DAİB) üzv şirkətlərin ixracının dəyəri 2021-ci illə müqayisədə 3,3 % azalaraq 2,459 milyard ABŞ dollarına düşüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə DAİB məlumat yayıb.

Məlumata görə, ən çox ixrac reallaşdırılmış ölkələr İraq (492 milyon ABŞ dolları; illik müqayisədə 21,9 % az), İran (159,7 milyon ABŞ dolları; 2,4 % çox), Azərbaycan (Naxçıvan, 136 milyon ABŞ dolları, 8,1 % az), Almaniya (96 milyon ABŞ dolları; 18,5 % az) olub.

DAIB-in İdarə Heyətinin sədri Ethem Tanrıver bildirib ki, Türkiyə qonşu ölkələlər ticarətdə ciddi irəliləyiş əldə edib: "İraq, İran, Azərbaycan, Gürcüstan və Suriya bizim 2,5 milyard dollarlıq ixracatımıza liderlik edən qonşularımız olub. Bunu daha da inkişaf etdirəcəyik. Dəmir yolu bu marşrutdan keçir, tunellərin açılması ilə limanlara olan məsafəmiz qısalıb və logistik infrastrukturumuz yaxşılaşıb. Ötən il 25 müxtəlif sektordan 7 minə yaxın məhsul ixrac etdik".

DAİB-ə Ağrı, Ərdahan, Batman, Bayburt, Bingöl, Bitlis, Ərzurum, Ərzincan, Elazığ, İğdır, Hakkari, Muş, Şırnak, Tunceli, Van, Qars və Siirt bölgələrinin şirkətləri daxildir.

44 filmi