Azərbaycan ötən ay Ukraynadan şəkər idxalını azaldıb

Biznes
  • 14 avqust, 2018
  • 04:39
Azərbaycan ötən ay Ukraynadan şəkər idxalını azaldıb

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan cari ilin iyul ayında Ukraynadan şəkər idxalını 50 faizə yaxın azaldıb.

“Report” xəbər verir ki, bu barədə "Ukrtsukor" assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan iyulda ötən aya nisbətdə (iyunda 5 faiz) 11 min 10 ton şəkər idxal edib ki, bu da ümumi ixracın 3 faizini təşkil edir.

Ukrayna istehsalçıları cari marketinq ilinin iyul ayı ərzində ümumilikdə 36,7 min ton şəkər ixrac ediblər ki, bu da ötən ayla müqayisədə 46 faiz azdır.

İyulda əsas tədarük Özbəkistana həyata keçirilib – 89 faiz. Həmçinin Moldovaya 4, Tacikistana isə 2 faiz şəkər ixrac olunub.