Azərbaycan Norveçdən alabalıq tədarükünü kəskin artırıb

Biznes
  • 23 avqust, 2024
  • 09:59
Azərbaycan Norveçdən alabalıq tədarükünü kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 5,8 milyon ABŞ dolları dəyərində 1 min 308 ton alabalıq (diri, təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 5,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 1 min 242 ton (+2,2 dəfə), Ukraynadan 167,3 min ABŞ dolları dəyərində (+11 dəfə) 9,9 ton (+15 dəfə), Türkiyədən 136,2 min ABŞ dolları dəyərində (+8 dəfə) 40 ton (+13 dəfə), Norveçdən 100,6 min ABŞ dolları dəyərində (+23 dəfə) 12 ton (+32 dəfə), Belarusdan 52,5 min ABŞ dolları dəyərində (-6 %) 2,9 ton (-5 %) alabalıq alıb.

2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 1 min 998 ton alabalığın 98,5 %-i İranın payına düşüb.