Azərbaycan Niderlanddan gübrə tədarükünü kəskin artırıb

Biznes
  • 21 aprel, 2025
  • 17:39
Azərbaycan Niderlanddan gübrə tədarükünü kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 10,3 milyon ABŞ dolları dəyərində 23 225 ton gübrə (orqanik gübrələrdən başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % çox, kəmiyyət olaraq – 8 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 6,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % çoxdur) 21 569 ton (-2,3 %), Türkiyədən 2,4 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 262 ton (-30 %), Belçikadan 330 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 373 ton (+3,4 dəfə), Niderlanddan 253 min ABŞ dolları dəyərində (+74 dəfə) 157 ton (+79 dəfə), İsraildən 233 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 256 ton (+3,6 dəfə) gübrə alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 160 960 ton gübrənin 88 %-i Rusiyanın payına düşüb.