Azərbaycan Niderlanddan elektrik sayğaclarının idxalını bərpa edib

Biznes
  • 12 may, 2025
  • 16:43
Azərbaycan Niderlanddan elektrik sayğaclarının idxalını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,4 milyon ABŞ dolları dəyərində 32 680 ədəd elektrik enerjisi sayğacı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 73 %, kəmiyyət olaraq – 16 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 87 % çoxdur) 23 839 ədəd (+88 %), Türkiyədən 269,8 min ABŞ dolları dəyərində (+27 %) 8 664 ədəd (-46 %), Rusiyadan 25,5 min ABŞ dolları dəyərində 167 ədəd (bir il əvvəl tədarük olmayıb), Niderlanddan 0,7 min ABŞ dolları dəyərində 5 ədəd, Fransadan 0,4 min ABŞ dolları dəyərində 4 ədəd (bir il əvvəl tədarük olmayıb) cihaz alıb.

Azərbaycan 4 il 7 aylıq fasilənin ardından Niderlanddan tədarükü bərpa edib.