Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 69 % artırıb

Biznes
  • 19 mart, 2022
  • 07:07
Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 69 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 312 milyon 048,74 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 127 milyon 326,59 min ABŞ dolları və ya 68,9 % çoxdur.

Ötən aylar ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 15,82 %-ni təşkil edib.