Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 48 % azaldıb

Biznes
  • 24 fevral, 2024
  • 06:46
Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 48 % azaldıb

Bu ilin yanvar ayında Azərbaycan 169 milyon 633,73 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 1 milyard 156 milyon 371,18 min ABŞ dolları və ya 48 % azdır.

Ötən ay nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 14,85 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 filmi